15 C
Baku
Wednesday, April 2, 2025

İki investor “Legion Financial”a borc verməkdə maraqlı olub

15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

“Legion Financial” ASC-nin qiymətli kağızların abunə yazılışı 12.02.2025-ci ildə başlayıb, 10 gün davam edib və fevralın 22-i bitmişdir. 

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.     

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1001025464
Səhmin növü və forması Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı 6,050 (ədəd)
İlkin ticarət qiyməti 100 manat
Buraxılış həcmi 605,000 manat
Hərrac qiyməti 100 manat
Reallaşdırılmış həcm 120,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 120,000 manat
İnvestor sayı 2
Sifariş sayı 2
Ticarətə buraxılma tarixi 26.02.2025
Anderrayter Unicapital İ.Ş”ASC
Son xəbərlər
Digər xəbərlər