11 C
Baku
Saturday, May 11, 2024

İki işi bir araya sığışdırmaq olarmı?

Çox vaxt əsas iş yerində əlavə də qazanc əldə etməyə çalışan insanlara rast gəlirik. Onlar ikinci iş yerini tapmaq üçün səy göstərirlər. Amma əgər sizin daimi stabil gəliriniz varsa, bu məsələdə bir az ehtiyatlı davranmalısınız.

Bir neçə işi bir arada sığışdırmaq – təkcə dərsdən sonra pul qazanmağa çalışan tələbələrə və gənc mütəxəssislərə məxsus bir xüsusiyyət deyil. İlk növbədə bu əsas iş yerində qazanılan əməkhaqqını kifayət etməməsi ilə izah olunur. Əlavə qazancları olan insanların sayı getdikcə artmağa davam edir, digər insanlar isə yenə də iş axtarışındadır. Əhalinin çox az bir qismi söyləyə bilər ki, onun ikinci gəlirə ehtiyacı yoxdur.

İki işi bir arada cəmləməyin iki əsas üsulu mövcuddur. Birincisi –ixtisas üzə əlavə gəlirin qazanılmasıdır. Məsələn, əksər Azərbaycan müəllimləri (məktəb və universitetdən dərs deməsindən asılı olmayaraq) repetitor kimi çalışır, tərcüməçilik edir və ya digər insanlar üçün referat və ya elmi iş yazırlar. Həmçinin öz işlərindən savayı axşam vaxtları sürücülük edən insanlar da olur. Veb-dizaynerlər var ki, onlar boş vaxtlarında digər müştərilərin sifarişlərini yerinə yetirir.

İkinci üsul –hobbini gəlir mənbəyinə çevirməkdir. Məsələn şəkillərin və ya sizin əl işi olaraq hazırladığınız digər əşyaların satışı, sizin ixtisasca mühasib olmanıza baxmayaraq, bazar günləri təşkil etdiyiniz rəqs dərsləri və s. Buna həvəskar rəssamlıq, naqqaşlıq, bəstəkarlıq, kitab yazarlığını da aid etmək olar.

Bir qayda olaraq, mütəxəssisin peşəkarlıq səviyyəsi nə qədər yüksək olarsa, onu əlavə iş qazanmaq imkanları və onu daimi işi ilə bir araya sığışdırmaq və hər iki işi eyni dərəcədə keyfiyyətlə görmək şansları bir o qədər genişdir. Adətən yüksək peşəkarlıq səviyyəsinə malik olan əməkdaşlar özləri öz iş qrafikini tərtib edir və onlar iş yerində keçirilmiş saatlara görə deyil, nəticəyə görə çalışırlar (məvacibi də məhz nəticəyə uyğun alırlar).

Əlbəttə ki, heç də bütün peşələrin mütəxəssisləri eyni zamanda bir neçə işi görməyi çatdırmır. Çox şey həm də peşənin spesifik xüsusiyyətindən asılı olur, söhbət psixoloji və fiziki yorğunluqdan gedir və əlbəttə ki, bir çox nüans gəlirlik səviyyəsi ilə müəyyən olunur. Məsələn, işdən sonra yenə əlavə pul qazanmağa çalışan cərrahı təsəvvür etmək çətin məsələdir.

Çətinliklər

Əgər sizin artıq ikinci işiniz varsa və ya siz əlavə iş axtarışındasınızsa, onda bir az ehtiyatlı olmaq lazımdır. Sizin hazırkı rəhbərliyiniz, çətin ki bu təşəbbüsünüzü bəyənsin. Bəzən rəhbərliyə elə gəlir ki, siz ikinci iş axtarırsınızsa, hazırkı işinizdən narazısınız, sizin mənafeləriniz toqquşur və ya siz iş yerini dəyişmək istəyirsiniz.

Həmçinin o, belə hesab edə bilər ki, siz özünüzü işə lazımınca həsr etmir, yəni tam gücünüzlə çalışmırsınız, öhdənizə düşən iş yükünün miqdarı azdır, buna görə də sizin başqa bir işı vaxtınız və enerjiniz qalır.

Bunun nəticəsində ikinci iş yeri axtaran əməkdaşa əlavə tapşırıqlar da həvalə oluna bilir və ya onun rəhbərlik ilə münasibətləri heç də yaxşı tərəfə dəyişmir. Ona görə də əlavə qazanc yeriniz haqqında informasiyanı və ya ikinci iş tapmaq istəyinizi heç də hamı ilə paylaşmaq tövsiyə olunmur, bundan nə qədər az insanın xəbəri olsa bir o qədər yaxşı.

Həmçinin istirahət və sağlamlıq haqqında da unutmaq olmaz. Bunsuz siz keyfiyyətli işləyə bilməzsiniz. Buna görə də siz özünüzün təkcə əlavə qazanca deyil, həm də məsuliyyət və öhdəliklərə hazırlıq səviyyəniz yaxşı təhlil etməlisiniz. Bizi əlavə işlə məşğul olmağa  stimullaşdıran başlıca faktor pullardır. Buna görə də yadda saxlayın ki, nə qədər işləsəniz belə dünyadakı bütün pulları qazanacaq deyilsiniz. Həyat, sağlamlıq, ailə və dostlar ilə keçirilən vaxt da olduqca dəyərlidir. Buna görə də ilk növbədə balans tapmağa – qızılı tarazlıq qurmağa çalışın. Bundan ötrü həm vaxtınızı, həm də gücünüzü düzgün bölüşdürməyi öyrənin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər