7 C
Baku
Thursday, December 12, 2024

İki şirkət birləşib tenderi uddu – Şuşada keçmiş poçt binasını 8 milyon manata təmir edəcəklər

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs “Conrad” MMC və “Kaizen” MMC (Konsorsium) ilə təxminən 8 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 7.811.218 manatdır.

Qeyd edək ki, “Conrad” MMC 2006-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 manatdır və qanuni təmsilçisi İlyas Quliyevdir. 2008-ci ildə yaradılan “Kaizen” MMC isə 10 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Rəhim Məmmədlidir.

Son xəbərlər
Digər xəbərlər