8 C
Baku
Friday, January 30, 2026

İki yeni lizinq şirkəti yaradılıb

2025-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonunda eyni nizamnamə kapitalı ilə iki lizinq şirkəti dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, 19 noyabr 2025-ci ildə qeydiyyatdan keçən “My Leasing” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Sadiqlı Kənan Soltan oğludur.

7 noyabr 2025-ci ildə qeydiyyata alınan “Avto 052 Lizinq” MMC də 10 manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi Sadıqov Elşən Ramiz oğludur.

Hər iki şirkətin hüquqi ünvanı Yasamal rayonu ərazisində yerləşir.

Son xəbərlər
Digər xəbərlər