2 C
Baku
Saturday, December 14, 2024

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri “PAŞA Bank”da

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” zəngin təcrübəsini paylaşmağa və gənc kadrlara dəstək göstərməyə davam edir. Belə ki, “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri Cavid Quliyev ikinci “Yüksəliş” müsabiqəsinin idarəçi mentoru kimi layihəyə qoşulub.

Cavid Quliyev 20 fevral tarixində mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri olan Xanbaba Sultanlı və Elşən Həziyev ilə görüşüb. O, qalibləri təbrik edərək layihə boyunca qazanacaqları təcrübənin onlara yeni zirvələri fəth etməkdə yardımçı olacağını bildirib.

Cavid Quliyev  “Yüksəliş” müsabiqəsinin istedadlı kadrların üzə çıxarılmasında böyük rol oynadığını və müsabiqə qaliblərinin ölkəmizin dayanıqlı inkişafına töhfə verəcəyinə inandığını söyləyib. O, bu məsuliyyətli işdə qaliblərlə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər