16 C
Baku
Monday, May 20, 2024

İKZF 1 investordan 40 mln. manatlıq borc pul cəlb edib – İllik 3% ödənişlə

14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2065008685 ISIN-li, 40,000,000 manat həcmində, 9000 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır. Bu barədə Banker.az-a BFB-dən bildirilib.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 5 iyun 2047-ci ildir.

Qiymətli kağızın ISIN kodu AZ2065008685
Emissiya həcmi 40,000,000 manat
Nominal qiyməti 1,000 manat
Hərrac qiyməti 1,000 manat
İstiqrazların tədavül müddəti 9000 gün
Faiz dərəcəsi  3%
Faiz gəlirinin ödəniş müddəti 180 gündən bir (6 aydan bir)
Anderrayter “Unicapital İ.Ş” ASC

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər