12 C
Baku
Thursday, March 28, 2024

İKZF 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditorunu seçir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

Seçim açıq tender metodu ilə keçirilir.

2018-ci ilin maliyyə hesabatları üzrə audit xidmətləri 27 noyabr 2018-ci il tarixindən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2019-ci il tarixinədək fonda təqdim edilməlidir. 2019-2020-ci illərin maliyyə hesabatları üzrə audit xidmətləri də müvafiq illər üzrə qeyd olunan dövrləri əhatə etməlidir.

Tenderdə iştirak haqqı 150 manatdır.

Tender təklifləri oktyabrın 16-dək qəbul olunur. Tender proseduru oktyabrın 17-də baş tutacaq.

Telefon: (+99412) 441-24-23 (daxili – 130).

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər