İpoteka və Kredit Zəmanət Fondu (İKZF) noyabrın 29-da 25 mln. manat məbləğində ipoteka istiqrazları yerləşdirib. Bu barədə Banker.az-a Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Hərraca hər birinin nominal dəyəri 1000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.
Hər bir qiymətli kağızın hərrac dəyəri 1000 manat məbləğində müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 mln. manat olub.
İstiqrazların tədavül müddəti 23 il təşkil edir. Faiz dividendləri üzrə ödənişlər hər 6 aydan bir həyata keçiriləcək. İstiqrazlar üzrə gəlirlilik 3% təşkil edir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “PSG-Kapital” şirkətidir