6 C
Baku
Wednesday, January 15, 2025

İKZF-nin 20 mln. manatlıq istiqrazları yerləşdiriləcək

29 mart 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Banker.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İKZF-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının emissiya prospekti 17 mart 2022-ci il tarixində qeydə alınıb Emissiyanın ümumi həcmi 20,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər