Sabah Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 70 000.000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.
Banker.az bu barədə İKZF-yə istinadən xəbər verir.
Mərkəzi Bank tərəfindən İKZF-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 10 noyabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.