22 C
Baku
Sunday, May 26, 2024

İKZF-nin istiqrazlarının növbəti tranşı yerləşdirilib

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 25,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 006.3194 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Banker.az bu barədə İKZF-yə istinadən xəbər verir.

Mərkəzi Bank tərəfindən İKZF-nin adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər