7 C
Baku
Sunday, December 15, 2024

İlan balığının adı “Qırmızı Kitab”dan çıxarıldı – Ovuna icazə verildi

Balıq ovuna icazə müddətləri ilə bağlı dəyişikliklər olub.

Ekologiya və Təbii Sərbətlər Nazirliyindən verilən xəbərə görə, Nazirlər Kabineti tərəfindən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğunlaşdırılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov bildirib.

O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.

“Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək”.

M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının “Qırmızı Kitab”dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.

Son xəbərlər
Digər xəbərlər