ABŞ-ın Virciniya ştatından olan Roy Salivanın ixtisası ildırımlar idi. Onu 7 dəfə ildırım vurmasına baxmayaraq o, sağ qalıb və hətta Ginnesin rekordlar kitabına da düşüb.
Roy Salivan meşəbəyi idi.
1 . 1942-ci ildə Roy yanğın qülləsində olarkən ildırım onun ayağından vurur. Nəticədə, onun baş barmağının dırnağı qopur.
2 . 1969-cu ildə Roy dağ üstü yol ilə avtomobillə gedərkən onu ildırım vurur və o, qaşlarını itirir.
3 . 1970-ci ildə ildırımın növbəti zərbəsi Royun sol çiyninin xəsarət almasına və iflic olmasına gətirib çıxardır. Bu hadisə onun şəxsi evinin qarşısındakı çəmənlikdə baş verir.
4 . 1972-ci ildə meşəliyin inzibati binasının ərazisində ildırım vurması nəticəsində Salivanın saçları alışır. Bu hadisədən sonra Roy daim özü ilə su çəni götürürdü.
5 . 7 avqust 1973-cü ildə Roy meşənin ərazisində avtomobillə gedərkən onu yenə ildırım vurur və onun təkrarən saçları alışır və o, avtomobildən yıxılır.
6 . 5 iyun 1976-cı ildə ildırımın altıncı zərbəsi Royun ayağının ciddi xəsarət almasına səbəb olur. Bu hadisə çadır düşərgəsinin ərazisində baş vermişdi.
7 . 25 iyun 1977-ci ildə Roy döş qəfəsinin və qarın nahiyəsinin
yanması səbəbindən xəstəxanaya düşür. Bu hadisə isə o balıq tutmaq istəyəndə baş vermişdi
Roy Salivan 1971-ci ilin 28 sentyabrında, 71 yaşında intihar edərək vəfat edir. Onun qohumlarının sözlərinə görə, o, qarşılıqsız sevgi səbəbindən intihar etmişdi.