23 C
Baku
Friday, September 30, 2022

İlham Əliyev və Vladimir Putin görüşdü – Nələri müzakirə edirlər?

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Tərəflər ticarət-iqtisadi münasibətlərin inkişafında müsbət dinamikanı qeyd ediblər.

Banker.az xəbər verir ki, bu baerədə İnterfaks agentliyi yazır.

“Şəxsi əlaqələrdə yaranan fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafı davam edib və uğurla inkişaf edir”, – Putin qeyd edərək bildirib ki, “ticarət-iqtisadi əlaqələr möhkəmlənir, ötən il bu rəqəm $2,5 mlrd. təşkil edib”.

O, əməkdaşlığın yaxşı perspektivləri olduğuna əminlik ifadə edib. “Azərbaycan prezidentinin müəllifi olduğu planları nəzərdə tuturam. Biz öz tərəfimizdən, bu konkret layihələrin reallaşdırılması üçün əlimizdən gələni edirik”, – Putin bildirib.

“Digər istiqamətlər üzrə münasibətlərin necə formalaşdığına dair informasiya mübadiləsinə zərurət var, ümid edirəm ki, bu gün bütün bunların öhdəsindən gələcəyik”, – Rusiya lideri əlavə edib.

Əliyev, öz növbəsində Rusiya-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq kimi qələmə verib.

“Qeyd etdiyiniz kimi, biz bir müddət, daha dəqiq desək – dörd ay ərzində görüşməmişik. Ötən il əlaqələrimizin intensivliyini nəzərər alaraq, bu kifayət qədər uzun müddətdir”, – deyə prezident bir il əvvəl dörd görüşün baş tutduğunu xatırladıb.

O cümlədən, Azərbaycan prezidenti iqtisadiyyat sahəsində müsbət dinamikanı qeyd edib. “Həm ötən ildə, həm cari ildə ticarət dövriyyəsinin həcmi artır. Məlumatımıza əsasən, avqust ayına qədər artım təqribən 20%-dən çox olub”, – o bildirib.

“Rusiya bizim üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşu ölkədir. Bu münasibətlər bizim üçün çox dəyərlidir. Əminəm ki, bugünkü müzakirə əlaqələrmizin gələcəkdə möhkəmlənməsinə yaxşı töhfə verəcək”, – Əliyev yekun vurub

Son xəbərlər
Oxşar xəbərlər