16 C
Baku
Thursday, April 25, 2024

İlham Əliyev Bosniya və Herseqovinanın yeni səfirinin etimadnaməsini qəbul edib – Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

İkitərəfli əlaqələrə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladı və ona salamlarını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını dedi.

Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd etdi.

Səfir ilk növbədə Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovina rəhbərliyinə çatdırmağı xahiş etdi.

Azərbaycana səfir təyin olunmasından qürur duyduğunu qeyd edən Adis Alagiç fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcini dedi.

Səfir vurğuladı ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. O, ötən il Ağdama, yaxın günlərdə isə Şuşaya planlaşdırılan səfərindən məmnunluq hissi duyduğunu bildirdi. Adis Alagiç ölkələrimiz arasında çox güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini dedi. Diplomat ölkəsinin ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələrimizi daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər