10 C
Baku
Wednesday, December 11, 2024

İlham Əliyev Dövlət Komissiyasının yeni tərkibini təsdiqləyib

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.

O cümlədən Komissiyada İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti deyil, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi təmsil olunacaq. Komissiyada Eldar Ömərov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru deyil, artıq Xalq rəssamı, Natiq Əliyev isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi təmsil olunacaq.

Son xəbərlər
Digər xəbərlər