10 C
Baku
Thursday, December 12, 2024

Prezident qardaşları “İgidliyə görə” medalı ilə təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az məlumat verir ki, sərəncamla həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Banker.az xatırladır ki, Ukraynanın Nikolayeva şəhərində yaşayan Ümid və Sabir Şirinov qardaşları yanan avtomobildən azyaşlı uşaq, qadın və kişini xilas edib.

istinadən xəbər verir ki, bu haqda Adil Babayev adlı istifadəçi Feysbuk səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Ümid və Sabir Şirinov qardaşları işlədikləri “İngül” kafe-hotelindən geri qayıdan zaman TIR-dan qoşqunun ayrıldığını görüb və maşını saxlayıblar.

Hadisə yerinə yaxınlaşanda yük maşınından 40-50 metr aralıda, yol kənarında minik avtomobilinin çevrildiyini, salonunda uşağın ağladığını görüblər.

“Böyük qardaş (Ümid) sürücüyə, nə dayanıb baxırsınız, kömək edin, yanan maşından uşağı və sərnişinləri niyə çıxarmırsınız?”, – deyə müraciət etdikdə, sonuncu artıq gec olduğunu və onun həyatını riskə atmaq fikrində olmadığını deyib.

“Şirinov qardaşları isə sayıqlığı itirməyiblər. Onlar hər saniyənin qiymətli olduğunu anlayıblar. Öz həyatlarını təhlükəyə ataraq, yanan cipdən uşağı çıxarmağa başlayıblar”, – deyə Adil Babayev yazır.

Onlar avtomobilin əvvəl yan şüşəsini sındırıb, ancaq bu, heç bir nəticə verməyib. Sabir baqajı sındırıb, oradan avtomobilə daxil olmağı təklif edib. Beləcə, onlar yanan maşından uşağı, sonra isə anasını çıxarıblar. Qabaq oturacaqların arasında isə ata çıxılmaz vəziyyətdə qalıb. Bu arada, alov tədricən yanacaq bakına doğru irəliləyib. Hamı çığırıb: “Qaçın! İndi partlayacaq”. Şirinov qardaşları, açıq-aşkar təhlükəyə baxmayaraq, baqajdan daxil olub, oturacağı sındırırlar və huşsuz vəziyyətdə olan atanı çıxarıb. Təxminən bir dəqiqədən sonra qaz balonu partlayıb”, – deyə A.Babayev yazır.

Ailənin xilas edilməsindən sonra hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları, təcili tibbi yardım briqadası və jurnalistlər axışıb. Şirinov qardaşları “təcili tibbi yardım” maşını ilə xəstəxanaya gedib. Onlar uşağın xilas edilməsi üçün maddi yardım göstəriblər və bu günə kimi də zərərçəkən ailəyə kömək edibər.

“Şirinov qardaşları – Ümid və Sabir – hər ikisi evlidir, hər birinin iki övladı var. Onlar Ukraynanın Nikolayev vilayəti üzrə konqresinin üzvləridir. Hamımız onlara deyirik: İnsan həyatını xilas etmək üçün göstərdiyiniz bu şücaətə, kişiliyə və qəhrəmanlığa görə çox sağ olun, uşaqlar”, – deyə Babayev yazıb.

 

Son xəbərlər
Digər xəbərlər