8 C
Baku
Friday, December 13, 2024

İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb – Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Banker.az xəbər verir ki, Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə – Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib.

Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd edib, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirib. Qeyd edilib ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

“Signify” şirkətinin baş icraçı direktoru diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.

Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verib. Bildirilib ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda dövlət başçısı bu layihələrin əhəmiyyətini qeyd edib və “Signify” şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər