İlham Əliyev: Azərbaycandan göndərilən neft və qaz məhsulları Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir

“Azərbaycandan Ermənistana göndərilən benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir”.

Bunu Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də geniş vüsət alıb: “Biz çox tarixi dövr yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Bu sahədə Almaniya hökumətinin rolunu yüksək qiymətləndiririk. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib Ermənistana göndərilib”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər