-3 C
Baku
Sunday, December 15, 2024

İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib – Yenilənib

13:37

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Banker.az xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğuladı.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçlər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı.

Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirildi.

***

11:42

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Banker.az xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb.

Son xəbərlər
Digər xəbərlər