17 C
Baku
Wednesday, May 1, 2024

İlham Əliyev Macarıstanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoku təbrik edib.

Banker.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Şuyok, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizisəmimi-qəlbdən təbrik edirəm.

Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər