15 C
Baku
Friday, April 26, 2024

İli zərərlə başa vuran şirkət səhmdara dividend ödəyə bilərmi?

Müəssisə hesabat ilini zərərlə yekunlaşdırmışdır. Bu halda təsisçiyə dividendin ödənilməsi mümkündürmü? 
Dövlət Vergi Xidmətindən bildirilib ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 106-3-cü maddəsinin müddəalarına əsasən səhmdar cəmiyyətin xalis mənfəətinin onun maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər.

Göründüyü kimi məhdud məsuliyyətli və səhmdar cəmiyyətlər tərəfindən xalis mənfəətin bölüşdürülməsi qaydası həmin cəmiyyətlərin təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında və nizamnamələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əsas: Mülki Məcəllənin 90-1-ci və 106-3-cü maddələri.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər