12 C
Baku
Wednesday, December 11, 2024

İlin ən uğursuzları – 2023-cü ildə kimlər “Forbes”dən çıxıb?

2023-cü il milyarderlər üçün uğursuz il olub: dünyada gərgin geosiyasi vəziyyət yaranıb, inflyasiya durmadan artır, kriptovalyuta “köpüyü” isə partlamaq üzrədir. Qlobal miqyasda 2640 milyarderin təxminən yarısı 2022-ci illə müqayisədə daha yoxsul olub, lakin bəziləri ondan da pis vəziyyətdədir: 254 nəfər “Forbes” reytinqindən tamamilə çıxıb.

2023-cü il milyarderlər siyahısındakı yerini itirənlər arasında Kanye Uest və Sem Benkman-Frid kimi məşhur simalar, eləcə də böyük brendlərin arxasında duran maqnatlar var. Ən çox itirən İT maqnatları olub, çünki bu kateqoriyada son bir il ərzində 52 nəfərin hər birinin sərvəti 1 milyard dollardan aşağı düşüb.

“Forbes” reytinqindən çıxan milyarderlərin sayına görə birinci yerdə Çindir – 80 nəfər. İkinci yerdə adətən milyarderlərin sayına görə liderlik edən ABŞ dayanır – 47 nəfər. Növbəti pillərdə Hindistan (23) və Cənubi Koreya (15) dayanır.

Aşağıda son bir ildə ən çox itirən və milyarderlər klubundan ayrılan insanlar verilmişdir, hesablamalar 10 mart 2023-cü il tarixinə olan maliyyə göstəricilərinə əsaslanır:

  1. Sem Benkman-Frid (indiki sərvəti – 10 milyon dollar, əvvəlki sərvəti – 24 milyard dollar);
  2. Kanye Uest (indiki sərvəti – 400 milyon dollar, əvvəlki sərvəti – 2 milyard dollar);
  3. İvon Şuinar (indiki sərvəti – 100 milyon dollar, əvvəlki sərvəti – 1.2 milyard dollar);
  4. Zhao Veyquo (indiki sərvəti – 100 milyon dollar, əvvəlki sərvəti – 2.8 milyard dollar);
  5. Enrike Dubuqras və Pedro Françeski (indiki sərvətləri – hər birində 900 milyon dollar, əvvəlki sərvətləri – 1.5 milyard dollar);
  6. Stiv Koin və Nirac Şah (indiki sərvətləri – hər birində 600 milyon dollar, əvvəlki sərvətləri – 1.6 milyard dollar);
  7. Aleks Atallah və Devin Finzer (indiki sərvətləri – hər birində 600 milyon dollar hər birində, əvvəlki sərvətləri – 2.2 milyard dollar);
  8. Ernest Qarsiya III (indiki sərvəti – 100 milyon dollardan aşağı, əvvəlki sərvəti – 3.2 milyard dollar).

2022-ci ildə milyarderlərin reytinqi 74 debütantla tamamlanıb, lakin onlar 2023-cü ilə qədər siyahıda qala bilməyiblər. Onlar arasında fintex startap “Upstart”ın yaradıcısı David Jiruar, sintetik almaz istehsalçısı Şao Zenqminq və Hindistan əczaçılıq imperiyası “Suven”in qurucusu Subba Rao Casti olub.

Son xəbərlər
Digər xəbərlər