Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6.6% artmışdır. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazaının trayektoriyasını müəyyənləşdirən başlıca amillərdir.
Monetar şəraitin yumuşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlət qiymətli kağızları bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.