Cari ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Müqayisə üçün bildirək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1881 müraciət təmin olunub, 271.422 manat vəsait istehlakçılara qaytarılıb, 17.763 manat dəyərində dəymiş ziyan ödənilib.