İlin birinci rübündə büdcəyə icbari tibbi sığorta haqları üzrə 25 mln. manat artıq vəsait daxil olub

2021-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112.3 mln. manat olub, büdcəyə nəzərdə tutulandan 25.5 mln. manat artıq vəsait daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Həmçinin məlumatda bildirilib ki, Sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz artaraq 895.3 milyon manat təşkil edib, proqnoz 113.6 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13.8 faiz artıb, proqnoz 115.9 faiz icra edilib.

Qeyd edək ki, icbari tibbi sığorta haqlarının tətbiqinə 2021-ci ildən başlanıb.

 

 

 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.