Banklara valyuta hərraclarında 2023-cü ilin noyabrında 427 milyon dollar satılıb və bu da son bir ildə qeydə alınan ən iri həcmli satışdır.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarındakı rəqəmləri hesablayaraq nəticəyə gəlib.
Beləliklə, 2023-cü ilin ilk 11 ayında 3 milyard 274.7 milyon dollar banklara vəsait satılıb.
2022-ci ilin ilk 10 ayı ilə müqayisədə bu rəqəm 1 mlrd. 78.9 mln. dollar və ya 24.8% azalmadır.