12 C
Baku
Monday, November 18, 2024

İlin ilk on ayında əhali banklarda nağd $1.36 milyardını konvertasiya edib

Azərbaycanda 2023-cü ilin ilk 10 ayında  əhalidən banklara dollar axını davam edib.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, oktyabr ayında banklar əhaliyə 113.8 milyon ABŞ dollarını nağd şəkildə satdıqları halda, onlardan 137.5 milyon dollarlıq alış ediblər.

Bu da o deməkdir ki, oktyabrda da əhalinin 23.7 milyonluq “yastıq” altındakı dollarları banka axıb.

Beləliklə, ilin ilk 10 ayı ərzində ölkə bankları əhaliyə nağd şəkildə 1 milyard 217 milyon dollar satmış, eləcə də onlardan nağd şəkildə 1 milyard 365 milyon dollar alıb ki, bu da  əhalidən 148 milyon dollarlıq banklara dollar axını deməkdir. 2022-ci ilin eyni dövründə banklar əhaliyə 1 milyard 998 milyon dollar satdmış, onlardan isə 1 milyard 759 milyon dollar almışdılar.

AMB son iclaslarda bildirir ki, valyuta bazarında nəinki əhali üçün tələb ödənir, hətta Mərkəzi Bank alışyönlü intervensiyalar edərək milli pulu bazarda satıb ABŞ dollarına çevirir.

098767890

AMB ilin ilk üçüncü rübü üzrə “Pul siyasəti icmalı”da valyuta bazarı üzrə deyir ki, ilin ilk üç rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşıb. Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət etmişdir. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6946 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər