23 C
Baku
Friday, April 19, 2024

İlin ilk üç ayında daşınmaz əmlakın qiymətində artım olub – rəqəmlər

2018-ci ilin I rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 0,6% artıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Təkrar mənzil bazarında bahalaşma olub, ilkin mənzil bazarında qiymətlər dəyişilməz qalıb. Birinci rübdə əsasən bir və iki ortaqlı mənzillərin qiymətində artım müşahidə olunur”, – nazirliyin məlumatında deyilir.

Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-mart aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2017-ci ilin birinci rübü ilə müqayisədə artım müşahidə olunur.

Hesabat dövründə əmlak alqı-satqısı ilə bağlı fəallıq Yasamal, Xətai, Binəqədi, Nizami və Nəsimi rayonlarında müşahidə olunur. Burada 1 kv. metr mənzilin orta qiyməti 1200-1300 manat təşkil edir.

Xüsusilə, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr – $1,536 min, 2017-ci ilin birinci rübü ilə müqayisədə artım 7,8%).

Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr – $1,106 min), Nərimanov ($1,024 min), Yasamal ($1,089 min) və Xətai rayonları ($936) daxildir.

Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr – $552).

2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib

Son xəbərlər
Digər xəbərlər