8 C
Baku
Friday, December 13, 2024

İlin ilk yarısında Türkiyə ilə Azərbaycan 160 müştərək şirkət yaradıb

Bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycan arasında 160 müştərək şirkət yaradılıb. Bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat yayıb.

Məlumata görə, cari ilin birinci yarısında Türkiyənin digər xarici ölkələrlə yaratdığı müştərək şirkətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. Ötən ilin ilk yarısında xarici tərəfdaşlarla 3,2 milyard lirə kapitalla 5 min 978 şirkət yaradılıb. Bu ilin eyni dövründə isə həmin rəqəm 64,4 % artaraq, xarici tərəfdaşlarla 9 828 şirkətin yaradılıb. Rəsmi quruluşu tamamlanan 9,8 min tərəfdaş şirkətin ümumi kapitalı 5,4 milyard lirə olub.

Bu şirkətlərdən 884-ü səhmdar cəmiyyət, 8 944-ü isə məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyətə başlayıb, xarici kapitalın nisbəti 80,8 faizə çatıb.

Siyahıda ilk üçlükdə İran, Rusiya və Almaniya qərarlaşıb.

Şirkətlərin ölkələr üzrə bölgüsünə gəlincə, bunlardan 640-ı İranla, 500-ü Rusiya ilə, 269-u Almaniya, 266-sı Suriya, 186-ı Misirlə qurulub. Siyahıda həmin ölkələri 179 şirkətlə İordaniya, Pakistan (162 şirkət), Azərbaycan (160), İraq (159), ABŞ (141 şirkət) izləyir.

Son xəbərlər
Digər xəbərlər