28 C
Baku
Saturday, July 27, 2024

İlk 6 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən daxilolmalar 38 mln. manatdan çox olub

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox olub.

Bu barədə Banker.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilir ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 milyon manat vəsait büdcəyə daxil olub.

Son xəbərlər
Digər xəbərlər