2022-ci ilin yanvar-iyul aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136 milyon 62.5 min manat vergi daxil olub, proqnoza 108.7% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 73.2% və ya 3.9 milyard manat artıb.
Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181 milyon 192.9 min manat olub, proqnoza 101.1% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785.9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35.9% və ya 1 milyard 367 milyon 998.1 min manat artıb.