İndiyədək ölkə ərazisində 75 mindən çox yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard 925 milyon 117.8 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52.8% çoxdur.