23 C
Baku
Thursday, April 25, 2024

İlk ABŞ bankı

Amerika Birləşmiş Ştatlarının ilk bankı 1791-ci ildə fəaliyyətə başlayıb və ilk olaraq Amerika Birləşmiş Ştatlarının bankı adlandırılıb. Memar Samuel Blodcet 1974-cü ildə ilk ABŞ bankının proyektinin layihəsini qurub.

1797-ci ildə inşaat başa çatanda bank memarlıq nümunəsi kimi geniş kütlənin rəğbətini qazanıb. Bugünkü standartlara əsasən bina Klassik monumental dizaynın ən görkəmli abidələrindən biri hesab olunur. Hal-hazırda bu bina Milli Park (Qoruqlar) Xidmətinin himayəsindədir.  

Amerikanın ilk bankı 1791-c ildən 1811-ci ilə qədər mövcud olub.

Tarix

1790-cı ilin dekabrında Aleksandr Hamilton Amerika Birləşmiş Ştatlarının Konqresinə milli bank haqqında məruzə təqdim edir. O təklif edir ki, bank özəl əsaslarda yaradılsın, lakin onun 20%-i dövlətə məxsus olsun. Bankın banknotları tələb əsasında metal pullar ilə dəyişdirilə bilən olmalı, həmçinin vergi ödənişlərində nominal üzrə qəbul edilməli idi. Federal hökumət də öz vəsaitlərini bu bankda saxlamalı idi.

1791-ci ilin fevralın 25-də Konqres Amerika Birləşmiş Ştatlarının İlk Bankının yaradılmasını ratifikasiya edir. Lisenziya banka 20 il müddəti ərzində ümummilli bank statusunu təqdim edir. Tomas Uillinq bankın prezidenti təyin olunur. Bank fəal şəkildə ABŞ hökumətini ssudalar ilə təchiz etməyə başlayır. Onların həcmi 6,2 milyon dollara çatır. Elə həmin müddət ərzində ABŞ-da topdan satış qiymətlərinin indeksi 1791-ci ildə qeydə alınmış 85 punktdan, 1796-cı ilə qədər 146 punkta yüksəlir. 1796-cı ildən sonra İlk ABŞ bankı daha təvazökar emissiya siyasəti həyata keçirməyə başladı.

1811-ci ildə Nümayəndələr Palatası və Senat banka verilən lisenziyanın müddətinin davam etdirilməsi ilə bağlı qanun layihəsini rədd etdi. Ştat hökumətli artıq 120 ştat bankını bir yerdə birləşdirmişdi. Onlardan çoxu öz qiymətli kağızlarını emissiya etməyə başlamışdı. Cəmi bir neçə il ərzində bazar bu növ kağızlar ilə dolmuşdu. Bu isə hökuməti artıq 1817-ci ildə pul ekvivalenti ödənişlərini tətbiq etməyə sövq etdi. Qiymətli kağızlar emissiya etmək qabiliyyəti banklara hakimiyyət verirdi və onlar bu hakimiyyəti güclü mərkəzi banka güzəştə getmək istəmirdi.

Xüsusiyyətləri

Həmin dövrdə yaranan bir sıra imtiyazlı kommersiya banklarından fərqli olaraq, Millik Bankın digər ştatlarda da bölmələri vardı. Bu fakt, ştat sərhədləri daxilində işləmək məcburiyyətində olan digər bankları qıcıqlandırırdı. Onlar hesab edirdi ki, bu vəziyyət onlar üçün bərabərhüquqlu şərtlərin yaradılmaması anlamına gəlir və onları daha əlverişsiz vəziyyətə sürükləyir. Əslində isə bankın filiallarına qarşı çıxanların sayı, bankın özündən narazı olanlar ilə müqayisədə daha çox idi. Yerli tacirlərin əksəriyyət özləri bank yaradırdı və onlar istəmirdi ki, ştat hökuməti tərəfindən dəstəklənən hər hansı bir federal müəssisə onlar ilə rəqabət girsin və ya onların fəaliyyətini tənzimləyə çalışsın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər