25 C
Baku
Monday, April 29, 2024

İlk dəfə Azərbaycandan xaricə damazlıq yumurta ixrac edilib

Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.

Azərbaycan Quş Əti, Yumurta  İstehsalçıları və İxracatçıları Assosiasiyasından Banker.az-a daxil olan məlumata əsasən, “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.

Son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.

Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər