9 C
Baku
Friday, December 13, 2024

İlk faizsiz kredit verildi

Kapital Bankın keçirdiyi “Yeni il” ani stimullaşdırıcı lotereya kampaniyasında faizsiz kredit əldə edən ilk müştərinin adı bəlli oldu. 2 saylı Nizami filialından kredit əldə edən Bakı şəhər sakini Tağıyev İlham Murtuz oğlu lotereyanın ilk günü sevinc dolu anlar yaşayıb. “Gündəlik tələbat” növü üzrə şəxsi ehtiyacları üçün kredit əldə edən müştərinin lotereya kuponundan tam faizsiz kredit çıxıb.

 “Ömrümdə birinci dəfədir kredit alıram. Açığı desəm, gözləmirdim ki, uduş kimi faizsiz kredit qazanım. Sevinirəm ki, götürdüyüm kreditə görə faiz ödəməyəcəm. Bu kampaniyaya görə Kapital Banka təşəkkür edirəm” deyə İlham Tağıyev uduş barədə sevincini  bölüşüb.

Qeyd edək ki, “Yeni il” ani stimullaşdırıcı lotereya kampaniyası 10 dekabr 2015-ci il tarixindən 15 yanvar 2016-cı il tarixinədək davam edəcək. Həmin müddət ərzində Kapital Bankın ölkə üzrə istənilən filialından “Gündəlik tələbat” növü üzrə kredit əldə edən şəxs ani stimullaşdırıcı lotereyanın iştirakçısına çevriləcək. Şəffaf qutudan lotereya kuponları çıxaran hər kəs 0% komissiya, faiz dərəcələrinə 1%-dən 5%-ə qədər endirim və tam faizsiz kreditlər almaq imkanı qazanacaq. Kampaniyada iştirak edən bütün lotereya kuponları uduşludur. Lotereya kuponu bankın əməkdaşına təqdim edildikdə, uduş müştərinin əldə etdiyi kreditə dərhal tətbiq ediləcək. Ani stimullaşdırıcı lotereya  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilir.

“Gündəlik tələbat” kreditinin məbləği 500 AZN-dən 15 000 AZN-dək təşkil edir. Kreditlər 6-36 ay müddətinə verilir. “Gündəlik tələbat” növü üzrə kreditlər  Kapital Bankdan maaş və ya pensiya kartı olan şəxslərə verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

3 1

Son xəbərlər
Digər xəbərlər