10 C
Baku
Thursday, December 12, 2024

İlk kassa aparatının yaranması

Heç də həmişə tacirlər öz gəlirlərini dəqiq olaraq hesablaya bilmirdilər. Çox vaxt muzdlu işçilər tərəfindən edilən gündəlik hesabatlar düzgün məlumatı əks etdirmirdi. Müəssisə sahibləri isə öz tabeçiliyində olan insanların bu əməllərini ifşa etmək üçün heç bir imkana sahib deyildilər.

Amerikanın Deyton şəhərində kiçik bir kafenin sahibi Ceyms Ritti də məhz bu vəziyyətlə üzləşir. Onun sahib olduğu kafe çox populyar idi. Buraya gələn müştərilərin sayı gündən günə artsa da, o heç bir gəlir əldə etmirdi. Belə aydın olur ki, buna səbəb bufetçilərin kiçik oğurluğu idi. Belə ki, onlar əllərini pul kisəsinə salmaqdan çəkinə bilmirdilər. Bu problemdən çıxış yolu isə gözlənilməz olaraq yaranır.

Bir dəfə Ritti Avropaya səyahətə gedir və gəminin göyərtəsində gəzişərkən mühərrik otağına daxil olur. O burada hər dövrəni avtomatik olaraq hesablayan qurğuya diqqət edir və bu zaman Ritti bu praktikadan bar və yaxud kafedə də istifadə etməyin mümkünlüyü barədə düşünür.

Evə qayıdan Ritti qardaşı ilə birgə primitiv kassa aparatı yaradır və onu 4 noyabr 1879-cu ildə patentləşdirir. Bu cihazın ilk modelində ticarət əməliyyatları disk üzərinə yazılırdı. Daha sonradan həm alıcı, həm də satıcıya edilən alış-verişin dəyərini görməyə imkan verən xüsusi indikator peyda olur.

İndi, satıcının kassaya əlavə etməli olduğu məbləğ indikator tərəfindən göstərildiyi bir halda satıcılar tərəfindən gizli olaraq mənimsənilmə halları azalır. Ritti həmçinin hər bir pul əməliyyatını kağız rulonda təsvir edilmə üsulunu da yaratmışdı. İndi müəssisə sahibi çeklərdə yazılan məbləğ ilə kassadakı pulu müqayisə edə bilir və gün ərzində nə qədər məhsul satıldığını ayırd edirdi.

Beləliklə, zamanla kafe öz sahibinə yaxşı gəlir qazandırmağa başlayır. Nəticədə Rittinin kəşfi “Satınalınmaz kassir Ritti” adını qazanır.

Son xəbərlər
Digər xəbərlər