9 C
Baku
Friday, December 13, 2024

İlk kredit bürosunun nizamnamə kapitalı məlum oldu

Azərbaycanın ilk kredit bürosu məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət göstərəcək.

Bu barədə “Report”a Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) bildirilib.

Məlumata görə, “Creditinfo-Azerbaijan” adlanacaq şirkətin nizamnamə kapitalı 4,6 mln. manat (təxminən 2,5 mln. avro) təşkil edəcək.

Əvvəlcədən deyildiyi kimi, bu məbləğin 51%-ni və yaxud 2,346 mln. manatını İslandiyanın “Creditinfo” şirkəti, 2,254 mln. manatını isə Azərbaycanın 19 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC)” və 1 sığorta şirkəti (“PAŞA Sığorta” ASC) təmin edəcək. Başqa sözlə, kredit bürosunun Azərbaycan tərəfdən olan 21 təsisçisinin hər biri onun nizamnamə fonduna 107 333 manat pul qoyacaq.

Son xəbərlər
Digər xəbərlər