5 C
Baku
Saturday, December 14, 2024

İlkin siqnal – Azərbaycanda kreditlər bahalaşmağa başlayır

Azərbaycanda banklar arası kreditlər bahalaşıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin sentyabrında banklararası kreditlərin orta faizi  milli valyutada 8.45%-dən 8.51%-ə, xarici valyutada isə 3.39%-dən 3.52%-ə yüksəlib.

Artıma səbəb bir ilə qədər müddətdə verilən kreditlərin faizlərinin 7.42%-dən 7.71%-ə qədər artmasıdır.

Banklar arasında 1 ildən yuxarı olan kreditlərin orta illik faizi manatda olan 9.31%-də sabit qalsa xarici valyutada 3.77%-dən 3.94%-ə yüksəlib.

Azərbaycan Mərkəzi Bankı son açıqlamasında ölkədə banklararası pul bazarında aktivləşmə ilə müşayiət olduğunu demişdi.

Bildirmişdi ki, “Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında sentyabr ayında 788 mln. manat məbləğində 69 ədəd əqd, oktyabrın ötən dövründə isə 1 426 mln. manat məbləğində 124 əqd bağlanıb.

Oktyabrda bağlanmış əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə sentyabrda 48 mln. manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 mln. manat məbləğində 20 əqd baş tutub.

AMB-nin sədri ölkə tarixində ilk dəfə uçot faiz dərəcəsi alətinin bazara təsirinin baş tutması ilə bağlı öz komandasını təbrik etmişdi.

Son xəbərlər
Digər xəbərlər