6 C
Baku
Sunday, December 15, 2024

İlkin təəssürat və onun faktorları

Demək olar ki, hər bir yaşa dolmuş insan digərinin xarici görünüşündən və davranışından onun xarakteristikalarının çoxunu: psixoloji cizgilərini, yaşını, təxmini peşəsini kifayət qədər dəqiq təyin edə bilər.

Lakin bu dəqiqlik ancaq neytral vəziyyətlərdə olur. Nə qədər ki, münasibətlər az neytraldır, nə qədər ki, insanlar bir birində maraqlıdırlar, bir o qədər səhv etmələri ehtimalı çoxdur. Tanış olduğunuz zaman partnyor haqqında yaradılan obraz onunla sonrakı davranışın tənzimləyicisidir; o ünsiyyətin düzgün qurulmasına lazımdır. İnsan haqqında ilk təəssüratın yaranmasının üç faktorunu müzakirə edək. 

 İnsanın stereotip qavrayışına onun xarici görünüşünün “tərtibatı” təsir edir. Məsələn, bütün parametrlər üzrə sınaq keçirilən qrup qarşısında təəssüratın formalaşdırması obyekti keyfiyyətində eyni adam çıxış edirdi, lakin hər bir yeni qrup qarşısına o başqa geyimdə çıxırdı. Eksperimentlər göstərdi ki, insan başqa geyimdə (adi işgüzar, fəhlə kombinezonunda, dini geyimdə, hərbi geyimdə) onların qarşısına çıxdıqda, sınaqdan keçən qruplar bu insanda bütün qruplar qeyd etdiyi cizgilərdən başqa qiymətləndirilən insanın geydiyi kostyumun  təyin etdiyi keyfiyyətləri də qeyd edirlər. Məsələn, kiminsə əynində hərbi geyim olduqda, ona intizamlı olmaq, səliqəlilik, inadkarlıq, digər insanlara münasibətdə açıqlıq kimi keyfiyyətlər aid edilirdi. Bu qismən düzdür, çünki peşə insan şəxsiyyətinə təsir göstərir, lakin ancaq   qismən.

 Qavrama prosesində ancaq sosial stereotiplər deyil, fizioqnomik xüsusiyyətlərin və insan konstitusiyasının qəbul edilməsi də fəaliyyət göstərir. Çox insanlar fizioqnimika ilə tam həcmdə tanış deyillər, lakin şüurlarında nə isə eşitdikləri, oxuduqları toplanıb qalıb. Kütləvi kommunikasiya vasitələri kütləvi şüurda möhkəmlənir və konkret insanların qəbul edilməsində iz qoyaraq obrazların tirajını təyin edir.   Daha çox stereotipli olan qavramalar göstərmək olar: kvadrat çənə – iradə qüvvəsi əlamətidir, dolğun dodaqlar – seksuallıq, nazik dodaqlar – ikiüzlülük və riyakarlıq, açıq alın – ağıl, cod saçlar – tərs xasiyyətli,   balaca boy – Napoleon kompleksi, qəşəng qadın – ağılsızlıq və sair əlamətləridir.

 Təəssüratın formalaşmasında steretip olaraq insan bədəni quruluşunun xüsusiyyətləri, ümumilikdə onun konstitusiyası qavranılır. İnsan konstitusiyasının onun haqqında təəssüratlara təsirinin tədqiqatını apararaq, psixoloqlar bir qrup sınaqdan keçənləri bədən quruluşu ilə fərqlənən kişilərin şəxsiyyət xüsusiyyətlərini xarakterizə etmələrini xahiş etdilər.

İlk təəssüratın formalaşmasının nəticələri aşağıdakılardır:

•    Dolu, şişman formaları olan kişi səmimi, yumşaqürəkli, çox danışan, sadəlövh, emosional, açıq, zəif və yemək xoşlayan insan kimi qəbul edilir. Bu xüsusiyyətlər toplumu ilə konkret insanın məsələn, bədən quruluşu tipi göstərilənə yaxın olan Uinston Çerçillin real xüsusiyyətlərini müqayisə edərək, ilk təsəvvürün nə qədər aldadıcı olduğunda əmin olarıq.
•    Atletik bədəni olan kişi güclü, mərd, enerjili, cəsarətli, təşəbbüslü kimi qəbul edilirdi.
•    Uca boy, arıq və zəif görünən kişi əsəbi, şöhrətpərəst, hər şeydən şübhə edən, təvazökar qəbul edilirdi.
•    Dolu kişi əslində olduğundan daha yaşlı, arıq isə bir qayda olaraq öz yaşından cavan qəbul edilirdi.

 Bir tərəfdən demək olar ki, hər bir yaşa dolmuş ünsiyyət təcrübəsi olan insan digər insanın xarici görünüşündən, geyimindən, danışıq tərzindən və davranışından onun sosial-psixoloji xüsusiyyətlərinin çoxunu: psixoloji cizgilərini, yaşını, sosial təbəqəsini, təxmini peşəsini kifayət qədər dəqiq təyin edə bilər. Lakin bu dəqiqlik ancaq neytral hallarda ola bilər. Digər vəziyyətlərdə isə demək olar ki həmişə bu ya və digər səhv faizi müvcuddur. Və nə qədər ki münasibətlər az neytraldır, nə qədər ki insanlar bir birində maraqlıdırlar, bir o qədər səhv ehtimalı çoxdur.

Bu onunla izah olunur ki, insan qarşısında sadəcə digərini “qavramaq” vəzifəsi heç vaxt qoyulmur. Tanış olduğunuz zaman partnyor haqqında yaradılan obraz onunla sonrakı davranışın tənzimləyicisidir, o ünsiyyətin düzgün və indiki vəziyyətdə effektiv qurulmasına lazımdır. Bizim ünsiyyətimiz kiminlə ünsiyyətdə olduğumuzdan asılı olaraq əhəmiyyətli dərəcədə fərqli şəkildə qurulur. Hər bir kateqoriya partnyorlar üçün seçimi partnyorların xarakteristikası ilə təyin olunan fərqli ünsiyyət “texnikası” var. Bu səbəbdən bu vəziyyətdə ən vacib xarakteristikalar partnyoru hər hansı bir qrupa aid etmək imkanları verən xarakteristikalardır. Məhz bu xarakteristikalar kifayət qədər dəqiq qəbul edilir. Qalan cizgilər və xüsusiyyətlər sadəcə müəyyən sxem üzrə tamamlanırlar və məhz burada səhvin ehtimal olduğu üzə çıxır.

İlk təəssüratın formalaşması faktorları

Psixologiyada insan haqqında ilk təəssüratın formalaşmasının üç faktorunu ayırmaq olar:

1.    üstünlük faktoru
2.    cəlbedicilik faktoru
3.    bizə münasibət faktoru

Yəgin ki, real qarşılıqlı qəbul edilmə prosesində bu üç faktor çox sıx hərəkət edirlər.  Onların başqa insan haqqında ilk təəssüratın formalaşmasında görünməsinə daha ətraflı nəzər yetirək.

 1.Üstünlük faktoru. Ünsiyyətə daxil olan insanlar bərabər deyillər: onlar bir birindən öz sosial statusu, həyat təcrübəsi, intellektual potensialı və sairlə  fərqlənirlər. Partnyorların bərabər olmadığı halda üstünlük faktoru adı alan qavrama sxemi daha tez-tez istifadə edilir.

Qavrama sxemi belədir. Bizə vacib olan hər hansı parametr üzrə bizdən üstün olan insanla qarşılaşdıqda, biz onu bizə bərabər olduğu haldan, bir qədər daha müsbət  qiymətləndiririk.  Lakin üstünlük hər hansı bir parametr üzrə müəyyən edilir, yenidən qiymətləndirmə ( yaxud lazımi qədər qiymətləndirməmə) isə bir çox parametr üzrə yerinə yetirilir.  Bu qavrama sxemi hər bir qeyri bərabərlik  zamanı deyil, ancaq həqiqətən bizə vacib olan qeyri bərabərlik zamanı işləyir.

Üstünlük faktorunun təsir etməsi üçün, biz əvvəlcə bü üstünlüyü qiymətləndirməliyik. Bunu necə etmək olar? Məsələn, biz hansı əlamətlərə görə sosial yaxud intelektual durumuna əsasən, insanın üstünlüklərini qiymətləndirə bilərik?

 Bu parametrin təyin edilməsi üçün bizim ixtiyarımızda iki əsas məlumat mənbəyi var:

1.    insanın geyimi, onun fərqlənmə nişanları, eynəkləri, saç düzümü, mükafatları, bəzəkləri və müəyyən hallarda maşın, kabinetin interyeri və sair kimi atributları daxil edən xarici tərtibatları;
2.    insanın davranış tərzi (necə oturur, gəzir, danışır, hara baxır və sair).
Üstünlük haqqında məlumat adətən geyimə və davranış tərzinə “daxil edilir”. Orada həmişə insanın bu ya və digər sosial qrupa aid olması yaxud onun hər hansı qrupa istiqamətlənməsini sübut edən elementlər var.

Bu elementlər geyimin və davranışın aparıcısının özünə və onun ətrafında olan insanlar üçün qrupa aid olmaq haqqıında işarələr rolunu oynayır.  Qrupda bu və ya digər iyerarxiyada öz yerini və eləcə də digər insanların vəziyyətini başa düşmək çox halda ünsiyyəti və qarşılıqlı təsiri təyin edir. Bu səbəbdən üstünlüyün hər hansı xarici, görünən vasitələr hesabına ayrılması hər zaman əhəmiyyətlidir.

 2.Cazibə faktoru. İnsanın qəbul edilməsində bu faktorun təsiri ondan ibarətdir ki, onun təsiri ilə insanın hər hansı bir keyfiyyətləri digər insanlar tərəfindən həddindən artıq yüksək qiymətləndirilir yaxud əksinə, kifayət qədər qiymətləndirilmir. Bu faktorun təsir sxemi elədir ki, əgər insan bizim xoşumuza (xaricən) gəlirsə, biz eyni zamanda onu daha ağıllı, yaxşı, maraqlı və sair hesab etməyə meyilliyik, yəni yenə də onun bir çox şəxsi xüsusiyyətlərini həddindən artıq yüksək qiymətləndiririk.

Məsələn ,sınaqda müəllimlərə qiymətləndirmək üçün məktəblilərin “şəxsi işləri” təklif edilmişdi və zehni inkişaf səviyyəsini, gələcək planlarını, yaşıdları ilə münasibətlərini təyin etmək vəzifəsi qoyulmuşdu. Sınağın sirri ondan ibarət idi ki, qiymətləndirmək üçün eyni lakin müxtəlif “qəşəng” və “çirkin” uşaqların şəkilləri verilirdi. Gözəl uşaqlar öz imkanlarına görə daha yüksək qiymət aldılar.

 Bu məlumatlar ekspert qiymətlərindən istifadə edərək “qəşəng”, “adi” və “çirkin” insanların şəkillərini seçmiş Amerika psixoloqu A. Millerin sınağında da öz təsdiqini tapmışdı.  Sonra o bu şəkilləri sınaqdan keçənlərə göstərmişdi. Onların qiymətləndiriməsində “qəşənglər” “çirkin” olanlardan bütün parametrlər üzrə üstün idilər.

Çoxsaylı tədqiqatlar göstərir ki, fiziki cazibə ancaq şəxsiyyətin cizgilərinin qiymətləndirilmə obyekti olduğu halda təsir etmir, bu həmçinin insanın konkret fəaliyyətinin nəticəsinin qiymətləndirilməsinə təsir edir. Bunun təsdiqi olaraq A. A. Bodalev növbəti misalı göstərir. Gənclərə qadın tərəfindən yazılmış oçerki qiymətləndirmək təklif olunur və həmən qadının şəkili oçerkə əlavə olunur (sınaqdan keçənlərin bir qrupunda qəşəng qadının şəkilindən, digərlərində isə çirkin qadın şəkili istifadə edilir). Bu oçerki qəşəng qadın tərəfindən yazıldığını hesab edənlər, onu daha yüksək qiymətləndirirdilər.

 Beləliklə, insan bizim üçün nə qədər çox cəlbedici olsa o bizim üçün bütün digər münasibətlərdə də daha yaxşı görünür, əgər o cəlbedici deyilsə, bu halda onun başqa keyfiyyətləri kifayət qədər qiymətləndirilmir.

 Lakin hamıya bəllidir ki, müxtəlif zamanlarda cəlbedicilik müxtəlif şəkildə hesab edilirdi, və hər xalqın öz gözəllik qanunları mövcuddur. Deməli cəlbediciliyi ancaq fərdi təəssürat kimi hesab etmək olmaz, o daha çox sosial xarakter daşıyır. Bu səbəbdən cəlbedicilik işarələrini ən əvvəl bu ya və digər göz qurluşunda yaxud saç rəngində axtarmaq lazım deyil, onu insanın bu ya və digər əlamətinin sosial əhəmiyyətində axtarmaq lazımdır. Çünki ictimayyət yaxud konkret sosial qrup tərəfindən bəyənilən və bəyənilməyən xarici görünüş tipləri var. Və cəlbedicilik bizim mənsub olduğumuz qrup tərəfindən maxsimal bəyənilən xarici görünüş tipinə yaxınlıq dərəcəsindən başqa bir şey deyil. Cəlbedicilik işarəsi insanın sosial bəyənilən görünməsinə qüvvə sərf etməsidir. Qəbul olunmanın formalaşma mexanizminin sxemi üstünlük faktorunda olduğu kimidir.

Qeyd etmək vacibdir ki, cəlbedicilik faktoru ancaq ilk təəssürat yaranması anında formalaşan təsəvvürün tərkibinə güclü təsir edir. Sonra isə bu inasnın qiymətləndirilməsi daha çox onunla qarşılıqlı fəaliyyət xarakteri və onun işi və hərəkətləri ilə təyin olunmağa başlayır.

 3.Bizə münasibət faktoru. Bu faktor elə təsir göstərir ki, bizə yaxşı münasibət bəsləyən insanlar bizə pis münasibət göstərənlərdən yüksək qiymətləndirirlər. Bizə qarşı müvafiq qavrama sxemini işə salan münasibət işarəsi partnyorun bizimlə razı olmasını yaxud razı olmamasını sübut edir.

Sınaqdan keçənlərin bir sıra məsələlər üzrə fikirlərini üzə çıxararaq, psixoloqlar onları başqa insanların fikirləri ilə tanış etdilər və onları bu fikirləri qiymətləndirməyə xahiş etdilər. Aşkar edildi ki, başqasının fikiri nə qədər bizim fikirimizə yaxındırsa, bu fikiri deyən insanın qiyməti bir o qədər yüksəkdir. Bu qaydanın əks qüvvəsi var: kimə isə nə qədər yüksək qiymət verilirsə, onun fikirlərinin öz fikirlərinizlə bir o qədər çox uyğunluq aşkar edilirdi. Bu güman edilən “ruh birliyinə” əminlik o qədər yüksək idi ki, sınaqdan keçən cəlbedici sifəti olanın mövqeyindən olan fikir ayrılığını sadəcə olaraq görmürdülər. Hər şeydə razılıq olması vacibdir və bu halda bizə olan münasibət faktoru işə düşür.

 İlk təəssürat faktoru

 Başqa insanın obrazının, haqqında ilk təəssüratın formalaşması stereotipləşmə yolu ilə həyata keçirilir.  A. A. Bodalev ilk təəssüratı, özünə hissiyyat, məntiq və emosionallıq komponentlərinə daxil olan qavrayış obyekti hesab edilən insanın əhəmiyyətli sifət xüsusiyyətləri və davranışı da daxil edərək mürəkkəb psixoloji fenomen kimi təyin edir.

İlk təəssürat sisteminin formalaşmasını şərti olaraq bizim başqa adamların üzərinə qoyulduğu “trafaret” kimi təsəvvür edə bilərik.

İlk təəssüratın formalaşması həmişə fərd tərəfindən qəbul edilən şəxsi onun tərəfindən keçmişdə törənmiş “təsnifat tipləri” qrupunun birinə aid etmək deməkdir. Bizim standartlara müvafiq olan insanlar bizim tərəfimizdən “müsbət”, əhəmiyyətli fərq  olanlar isə “mənfi” qəbul edilirlər. Orta yerdə olanlar isə ilk təəssüratı dəyişəcək müəyyən hərəkətə qədər neytral qəbul edilirlər.

İlk təəssüratın pozitiv olmasına çalışaraq, bizim ünsiyyət üzrə partnyorun bilərəkdən yaxud bilmədən diqqət yetirdiyi bütün detalları nəzərə almaq lazımdır.

Təəssüratın nə qədər dəqiq olması haqqında sual sadə deyil.  İlk təəssüratın vəzifəsi müəyyən şəraitdə istiqaməti tez təyin etməkdən ibarətdir.. Sosial məxluq olaraq, insanlara ən əsası partnyorun hansı qrupa mənsub olduğunu təyin etmək məsələsidir. Bu səbəbdən, ilk təəssürat demək olar ki həmişə düzgün olur. Səhv isə odur ki, stereotipləşdirmə gələcəkdə qeyri adekvat ünsiyyətə gətirə biləcək müəyyən qiymət və hələ ki məlum olmayan xüsusiyyətləri və keyfiyyətləri təyin edir.  Daimi ünsiyyətdə ilk təəssüratın nəticələri təsir etməyə davam edirlər. Lakin daimi və uzun sürən ünsiyyət strereotipləşdirmədə formalaşan partnyora aid olan cizgilərin və xüsusiyyətlərin  siyahısı ilə kifayətlənə bilməz. Burada partnyorun qavranılması və başa düşülməsi başqa əsas üzərində baş verir.

Son xəbərlər
Digər xəbərlər