19 C
Baku
Sunday, May 19, 2024

İlon Mask 2021-ci ilin avqustunda bütün dünyada “Starlink” internetini işə salacaq

İlon Mask 2021-ci ilin avqust ayında bütün dünyada “Starlink” internetini işə salmağı planlaşdırdığını açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, bir ilə şirkət 500 min istifadəçini əhatə etməyi hədəf tutur.

“Starlink” internetinin aylıq abunəsi 100 dollar, antenanın özü isə 500 dollar olacaq. Sahibkar bəzi müştərilərin uçaq bölgələrdə yaşadığını nəzərə alaraq, cihazın qiymətini 200-350 dollara endirə biləcəyini söyləyib.

Ümumilikdə Mask “Starlink” layihəsinə 5-10 milyard investisiya qoymağı planlaşdırır. Onun fikrincə, gələcəkdə investisiyalar 20-30 milyard dollara çata bilər.

İlk “Starlink” interneti 2020-ci ilin oktyabrında sınaqdan keçirilməyə başlayıb, 2021-ci ilin fevralında isə aktiv istifadəçilərin sayı artıq 10 minə çatıb.

Mayda İlon Mask potensial 500 min müştərinin abunə üçün müraciət etdiyini açıqlayıb. Layihənin 2021-ci ilin sentyabrında tam həcmdə fəaliyyətə başlaması gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər