10 C
Baku
Friday, December 13, 2024

İlon Mask: “ABŞ-nin defoltu qaçılmazdır”

Dünyanın ən varlı insanlarından biri olan amerikalı sahibkar İlon Mask hesab edir ki, ABŞ-nin defoltu sadəcə zaman məsələsidir.

“Bütün dövlət xərclərini nəzərə alsaq, sual defoltun baş verib-verməyəcəyi deyil, nə vaxt olacağıdır”, – deyə milyarder sosial şəbəkədə yazıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

ABŞ administrasiyası Konqresi 31.4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası isə ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.

2021-ci ilin sonunda ABŞ Prezidenti Co Bayden ölkənin milli borcunun tavanını 2.5 trilyon dollar artıraraq 31.4 trilyon dollar səviyyəsində müəyyən edən qanunu imzalayıb. Beləliklə, potensial defoltun qarşısı alınıb. Ölkənin maliyyə naziri Janet Yellenin dediyi kimi, qanun təsdiqlənməsəydi, federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı yarana bilərdi.

Son xəbərlər
Digər xəbərlər