6 C
Baku
Sunday, December 15, 2024

İlon Mask beyin çiplərinin insanlar üzərində sınağına başlayır

Dünyanın ən varlı adamı İlon Mask “Neuralink” şirkətinin istehsal etdiyi beyin implantlarının insanlar üzərində sınaqlar üçün hazırlıqlar gördüyünü açıqlayıb.

Banker.az xəbər verir ki, bildirildiyi kimi, sınaqların bu il keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bu cür çiplərin əsas məqsədi səhhətində problem olan insanlara kömək etməkdir. Məsələn, implantlar vasitəsilə əl və ayaqların hərəkətliliyini bərpa etmək, eləcə də beyin zədələrini aradan qaldırmaq mümkün olacaq.

Eyni zamanda onlar qəzəb və depressiya ilə mübarizədə insanlara yardımçı olacaq. Maskın insanlar üzərində klinik sınaqlara hazırlaşması onun klinik sınaqlar üzrə direktor axtarışı ilə bağlı məlumatlar sayəsində üzə çıxıb.

Qeyd edək ki, klinik sınaqlar üzrə direktor vəzifəsini tutacaq şəxs tibbi avadanlıqların bütün sınaqlarına nəzarət edəcək.

Son xəbərlər
Digər xəbərlər