16 C
Baku
Friday, April 26, 2024

İlon Mask, Bill Qeyts və Ceff Bezosun “Twitter” hesabı hakerlərin əlinə keçdi

Hakerlər İlon Mask, Bill Qeyts və kriptovalyuta alqı-satqısı ilə məşğul olan daha 50 nümayəndənin “Twitter” hesabını ələ keçirdilər. Bildirildiyi kimi, hal-hazırda sosial şəbəkədə kriptovalyutanın pulsuz paylanmasını ifadə edən paylaşımlar edilir. 

bill musk

Qeyd edək ki, cinayətkarlar həmçinin Cek Dorsinin yaratdığı “Cash App” ödəniş tətbiqetməsi, Etherium və Litecoin kriptovalyutalarının yaradıcıları olan Vitalik Buterin və Çarli Li, “Binance” birjasının rəhbəri Çanpen Chao, habelə “Tron Foundation” fondunun idarəçisi Castin Sanın hesablarını ələ keçirməyi bacarıblar. 

Eyni zamanda, bir sıra iri ticarət meydançaları hücuma məruz qalıb: Coinbase, Gemini, Kucoin, Bitfinex və s. 

“Twiter”, “Uber” və “Apple” şirkətlərinin hesabları “hack” edilib. Burada da yayımlanan mesajlar Covid-19 ilə mübarizə və bitkoinlərin paylanması ilə əlaqədardır. 

apple uber1

Bir müddətdən sonra eyni mesaj Kanye Uest və “Amazon”un rəhbəri və dünyanın ən zəngin adamı Ceff Bezosun hesablarında yayımlanıb. 

ye

Cəmi 10 dəqiqə ərzində kriptovalyutanın paylanması mesajı ABŞ-ın keçmiş prezidenti Barak Obama və məşhur investor Uorren Baffetin hesabında görünüb. Qeyd edək ki, paylaşımlar dərhal silinib. 

barack uoreen

“Twitter”in verdiyi məlumata görə, bu məsələ ilə bağlı istintaq gedir və bir müddət ərzində bəzi istifadəçilər paylaşım edə və ya parolunu dəyişdirə bilməyəcəklər. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər