8 C
Baku
Tuesday, March 19, 2024

İlon Mask bir gündə 6,1 milyard ABŞ dolları qazandı

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında bir neçə milyarderi qabaqlayıb.

Bu barədə məlumatı “Bloomberg Billionaires Index” yayıb.

ABŞ-dan olan 49 yaşlı milyarderin sərvəti cümə günü 6,1 milyard ABŞ dolları artaraq 70,5 milyard ABŞ dollarına çatıb.

Qeyd olunur ki, Tesla şirkətinin səhmlərinin qiymətləri bir gündə 11 faiz bahalaşıb.

Bundan əvvəl, dünyanın ən varlı adamı – “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti də tarixi rekorda – 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

Yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub: çərşənbə gününün nəticələrinə əsasən, səhmlərin dəyəri 4.4% artaraq rekord həddə – 2 878,7 ABŞ dollarına çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər