“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask son bir gündə təxminən dörd milyard dollar itirib.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”ə istinadən “Bloomberg” agentliyi yazıb.
Qeyd edildiyi kimi, Maskın sərvəti 3.95 milyard dollar azalaraq 175 milyard dollara düşüb. Buna baxmayaraq, “Tesla”nın rəhbəri dünyanın ən varlı insanları arasında ikinci yeri qoruyub saxlayır.
Reytinqdə birinci yeri 202 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos tutur. Son bir gündə onun sərvəti 707 milyon dollar artıb.