6 C
Baku
Sunday, December 15, 2024

İlon Mask daha 906.5 mln. dollarlıq “Tesla” səhmlərini satıb

“Tesla”nın baş direktoru İlon Mask öz şirkətinin 934 mindən çox səhmini 906.5 milyon dollara satıb.

Banker.az xəbər verir ki, cənab Mask həmçinin 2.13 milyon qiymətli kağız almaq üçün opsionlardan istifadə edib. Qeyd edək ki, noyabr ayından bəri sahibkar ümumilikdə ümumi dəyəri 12.74 milyard dollar olan 11.97 milyon səhm satıb.

Oktyabrın əvvəlində İlon Mask “Twitter” istifadəçilərindən “Tesla”dakı payının 10%-ni satıb-satmayacağını soruşub. Noyabrın 24-nə qədər o, satacağına söz verdiyi səhmlərin yarıdan çoxunu satmışdı.

Bu ərəfədə “Time” jurnalı İlon Maskı ilin adamı elan edib. Jurnalın baş redaktoru Edvard Felsentalın sözlərinə görə, sahibkar Yer kürəsindəki həyata və “uzunmüddətli perspektivdə də, ondan sonrakı həyata” əhəmiyyətli təsir göstərir.

Son xəbərlər
Digər xəbərlər