25 C
Baku
Friday, April 19, 2024

İlon Mask daha bir kriptovalyutanı çökdürdü

“Tesla” və SpaceX” şirkətlərinin qurucusu İlon Mask bir tvitlə “Shiba Inu” kriptovalyutasının məzənnəsini çökdürüb.

Banker.az xəbər verir ki, milyarder heç vaxt bu kriptovalyutaya investisiya qoymadığını və yalnız “maraq üçün” aldığını etiraf edib.

Xatırladaq ki, daha əvvəl sahibkar kriptovalyuta qiymətlərinin yüksəlməsinə və ya düşməsinə təsir etməkdə ittiham olunub. 2021-ci ilin yayında hakkerlər Maska “ictimai isterika” səbəbindən hətta müharibə elan edib.

Oktyabrın 24-ü “Twitter” istifadəçisi milyarderdən nə qədər “Shiba Inu” sikkəsi aldığını soruşub. Mask indiyədək yalnız bitkoin aldığını, “Ethereum” və “Dogecoin”ləri isə maraq üçün sınadığını cavab verib.

Onun fikrincə, “əsl dəyər pul deyil, məhsulların yaradılması və insanlara xidmət göstərilməsidir”.

Oktyabrı 25-i Maskın açıqlamaları fonunda “Shiba Inu” kriptovalyutası 15% ucuzlaşıb. Hal-hazırda rəqəmsal pulun dəyəri 0.00003902 dollar təşkil edir.

Daha əvvəl İlon Mask “Twitter”də siba-inu cinsli itin şəkili paylaşıb. Bundan sonra “Shiba Flok” tokeni 1309%, “Floki Inu” tokeni isə 140% bahalaşıb. “Dogecoin” özü isə cəmi 5% artıb.

Son xəbərlər
Digər xəbərlər