28 C
Baku
Saturday, July 27, 2024

İlon Mask dünyanın ən varlı adamlarının reytinqində dördüncü yerə yüksəlib

Bazar ertəsi günü keçirilən hərraclarda “Tesla” səhmlərinin dəyəri 11% artaraq 1836 dollar səviyyəsinə çatıb ki, bu da yeni tarixi rekorddur.

Bu barədə Banker.az “Vesti.ru”ya istinadən xəbər verir.

Ekspertlərin fikrincə, bu, investorların “Wedbush Securities” agentliyinin mesajına cavab verməsi ilə əlaqəli olub. Bildirildiyi kimi, agentlik şirkətin səhmləri üçün hədəf qiyməti 1800 dollardan 1900 dollara qədər qaldırmışdır.

“Bloomberg”in verdiyi məlumata görə, bu ticarət sessiyasının nəticəsi olaraq, “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən varlı adamlarının reytinqində dördüncü yerə yüksəlib. Lakin onun bu mövqeyini qoruyub saxlaya biləcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Belə ki, Amerika şirkəti təkcə yüksəlişlərlə deyil, həm də enişlərlə məşhurdur. Məsələn, keçən il şirkət 775 milyon dollar zərər etmişdir.
Bütün bunlara baxmayaraq, “Tesla”nın və digər yüksək texnoloji şirkətlərin uğuru sayəsində NASTAQ indeksi tarixi rekord qırıb – 11 min 130 punkt.

Son xəbərlər
Digər xəbərlər