2 C
Baku
Saturday, December 14, 2024

İlon Mask həftə ərzində $14.5 mlrd. itirib

“Tesla”nın baş direktoru İlon Maskın sərvəti bu həftə 14.5 milyard dollar azalıb. Bu, planetin bütün ən varlı insanları arasında həftəlik ən əhəmiyyətli azalma olub. Hazırda sahibkarın xalis sərvəti 187.9 milyard dollar olaraq qiymətləndirilir. O, hələ də ABŞ-ın ən zəngin milyarderi və dünyanın ikinci ən zəngin adamı olaraq qalır.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Maskın sərvəti bir həftə ərzində 10.8% ucuzlaşan “Tesla” səhmlərinin düşməsindən sonra azalıb. Avtomobil istehsalçısının son rüblük hesabatı investorların xoşuna gəlməyib, ona görə şirkətin anbarlarındakı avtomobillərin sayı bu ilin əvvəlində pik həddinə çatıb. Bu, əvvəllər öz məhsullarına heç vaxt aşağı tələbat yaşamayan avtomobil istehsalçısı üçün qeyri-adi bir vəziyyətdir.

Nəşrin hesablamalarına görə, bu həftə ən çox itirən ikinci insan “LVMH”nin rəhbəri Bernard Arno olub. Qlobal “Forbes” reytinqində birinci yeri tutan fransız milyarderin sərvəti 2.7 milyard dollar azalaraq 223.1 milyard dollara düşüb.

Google-un həmtəsisçiləri Sergey Brin və Larri Peyc, “Alphabet”in (“Google”un ana şirkəti) səhmlərinin 5% artması nəticəsində xalis sərvətini 3.5 milyard dollar artırıb. Real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə görə Peycin xalis sərvəti 93.1 milyard dollar, Brinin xalis sərvəti isə 89.1 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər